“Real Madrid”in baş məşqçisi Joze Mourinyo karyerası ərzində hakimlərlə münasibətləri haqda danışıb.
Publika.az xəbər verir ki, portuqal mütəxəssis bu baxımdan bəxtinin gətirmədiyini bildirib.
“Hakimlər? Düşünmürəm ki, problem məndədir. Düşünürəm ki, müəyyən bir kluba gələndə bəxtim gətirmir.
“Real Madrid”də Neqreyra ilə bağlı həlledici illəri yaşadım. Heç kim bundan xəbərdar deyildi, amma biz bunu yaşadıq və əziyyət çəkdik. İndi isə bu, hamımıza məlumdur.
Və sonra Türkiyədə böyük bir qalmaqal yaşandı. Mən tez-tez oxşar vəziyyətlərlə qarşılaşıram”, – Mourinyo “Corriere dello Sport”a verdiyi müsahibədə deyib.



