Dünya · Publika.az

Merts Aİ-yə çağırış etdi: Ukraynaya dəstək artırılmalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Merts Aİ-yə çağırış etdi: Ukraynaya dəstək artırılmalıdır xəbəri üçün şəkil

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.

Publika.az xəbər verir ki, Merts bu barədə Brüsseldə keçirilən Avropa Şurasının iclasında danışıb.

Kansler bildirib ki, Ukraynaya həm qış ərzində, həm də gələn il yardım göstərmək üçün mümkün olan hər şey edilməlidir. O, uzunmüddətli dəstəyin təmin olunması üçün Aİ-nin maliyyələşdirməni artırmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Fridrix Merts iqtisadi nümayəndə heyəti ilə birlikdə Kiyevə səfər edib. O, Almaniyanın Ukraynaya hərbi dəstək üçün 1 milyard avro, enerji sektorunda təmir işləri üçün isə əlavə 350 milyon avro ayıracağını vəd edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑