Dünya · Azxeber.com

Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər xəbəri üçün şəkil
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər.
Qırğızıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, bu məsələ ölkənin lideri Sadır Japarovun Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə müzakirə olunub.
Görüş zamanı tərəflər iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.
Məlumatda bildirilib ki, prezidentlər informasiya texnologiyaları sahəsində qarşılıqlı əlaqələrin inkişafı və süni intellekt sahəsində birgə müəssisə yaradılması təşəbbüsünün işlənib hazırlanması imkanını vurğulayıblar.
"Japarov hazırkı səfərin Qırğızıstan rəhbərinin Ermənistana tarixində ilk rəsmi səfəri olduğunu vurğulayıb və bunun ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əmin olduğumu deyib", - mətbuat xidmətindən qeyd olunub.
Bundan əlavə, Japarov Ermənistan Prezidenti Xaçaturyanı Qırğızıstana rəsmi səfərə dəvət edib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑