Papa XIV Lev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Papa telefon danışığı zamanı Rusiya ordusu tərəfindən işğal edilən Xerson vilayətinin Alyoşki şəhərində humanitar yardımın çatdırılmasını təmin etmək üçün atəşkəsə çağırıb .
"Söhbət zamanı Müqəddəs Ata Xerson vilayətinin Alyoşki şəhərindəki ağır humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ərzaq və dərman çatdırılmasına imkan yaratmaq, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün atəşkəsə çağırıb", - deyə bəyanatda bildirilir. ///teleqraf///





