Dünya · Publika.az

Meqan Markl atasına görə sosial şəbəkələrdən uzaqlaşdı: Qalmaqal böyüyür

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meqan Markl atasına görə sosial şəbəkələrdən uzaqlaşdı: Qalmaqal böyüyür xəbəri üçün şəkil

Sasseks hersoginyası Meqan Markl atası Tomas Marklla bağlı yaranan qalmaqal fonunda sosial şəbəkələrdən uzaqlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Bildirilib ki, şahzadə Harri və Meqan Markl sosial şəbəkələrdən birbaşa istifadə etmirlər. Onların hesablarının idarə olunmasına və məzmunun paylaşılmasına kömək edən əməkdaşları var. Bu yanaşma cütlüyə psixi sağlamlıqlarını qorumağa imkan verir.

Qeyd edək ki, oktyabrın 23-də “The Sun” nəşri Tomas Marklın azyaşlı qızlara qarşı zorakılıq törətməsi ilə bağlı iddialar yayıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑