Dünya · Banker.az

Dünyada ən çox sanksiyaya məruz qalan 5 ölkə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyada ən çox sanksiyaya məruz qalan 5 ölkə xəbəri üçün şəkil

Dünyada ən çox beynəlxalq sanksiyaya məruz qalan ölkə Rusiyadır. Məhdudiyyətlərin sayı hesablanma metodundan asılı olaraq 24 000–31 000 arasında dəyişir.

Bu barədə TASS-da məqalə dərc olunub.

Ən çox sanksiyalara məruz qalan ölkələr aşağıdakı kimidir:

Rusiya: 24 000–31 000 sanksiya

Rusiyaya qarşı sanksiyalar 2014-cü ildən sərtləşdirilib, 2022-ci ildən sonra isə genişləndirilib. Məhdudiyyətlər bank, enerji, texnologiya və müdafiə sənayesi sektorlarını əhatə edir.

İran: 4 500–5 500 sanksiya

İrana qarşı ilk ABŞ sanksiyaları 1979-cu ildə tətbiq edilib. Sonrakı məhdudiyyətlər nüvə və raket proqramları, maliyyə əməliyyatları və silah ticarəti ilə əlaqələndirilib.

Suriya: 2 600–2 900 sanksiya

Suriyaya qarşı sanksiyalar əsasən 2011-ci ildən genişləndirilib. Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında süqutundan sonra məhdudiyyətlərin böyük hissəsinin ləğvi istiqamətində addımlar atılıb.

Şimali Koreya: 2 100–2 200 sanksiya

Koreya Xalq Demokratik Respublikasına qarşı məhdudiyyətlər nüvə sınaqları və raket proqramları ilə əlaqədardır. Sanksiyalar ölkənin ticarətinə, enerji təchizatına və beynəlxalq maliyyə əməliyyatlarına təsir göstərir.

Belarus: 1 400–1 900 sanksiya

Belarusa qarşı sanksiyalar 2020-ci il prezident seçkilərindən sonra sərtləşdirilib, 2022-ci ildən etibarən isə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar genişləndirilib. Məhdudiyyətlər maliyyə, ticarət, nəqliyyat və müdafiə sənayesini əhatə edir.

Qeyd edək ki, sanksiyaların sayı istifadə olunan hesablama metodundan asılı olaraq dəyişə bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑