Dünya · News24.az

Birinci Dünya müharibəsindən qalma hərbi sursat tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Birinci Dünya müharibəsindən qalma hərbi sursat tapıldı xəbəri üçün şəkil

İtaliyanın şimalındakı Dolomit Alp dağlarında buzlaqların əriməsi nəticəsində Birinci Dünya müharibəsindən qalma təxminən 250 ədəd sursat üzə çıxıb.

News24.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, sursatlar Trentino bölgəsində turistlərin partlayıcı qurğular barədə məlumat verməsindən sonra üzə çıxıb. İtaliya ordusunun hərbçiləri ərazidə araşdırma apararaq onları zərərsizləşdiriblər.

Tapılan sursatlar 1915–1918-ci illərdə İtaliya və Avstriya-Macarıstan qoşunları arasında Alp dağlarında gedən döyüşlərdən qalıb.

Berqamo Universitetinin professoru Stefano Morosininin sözlərinə görə, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi hər il daha çox hərbi sursatın üzə çıxmasına səbəb olur.

Mütəxəssislər turistlərə və alpinistlərə tapdıqları sursatlara toxunmamağı və dərhal polisə məlumat verməyi tövsiyə edirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑