Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub.
Publika.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsait toplayıblar. Pul mərhumun oğlu İlyasa təqdim edilib.
Hüseyn isə maddi yardım əvəzinə ailəyə avtomobil hədiyyə etdiyini açıqlayıb.
Qeyd edək ki, qoşanağara ifaçısı İlham Razin intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.(Axşam.az)





