Rusiyalı teleaparıcı Dana Borisova 19 yaşlı qızı Polina barədə polisə şikayət edib.
Sfera.az xəbər verir ki, Borisova qızını evindən 120 min rubl (təxminən 2 500 manat) pul oğurlamaqda günahlandırıb.
Teleaparıcının sözlərinə görə, polis pul saxladığı çəkməcənin üzərində barmaq izləri aşkarlayıb və Polina barəsində cinayət işi açılıb.
Borisova qızının oğurladığı pulla kirayə ev tutduğunu iddia edib. O, Polinanı bağışlamağa hazır olduğunu desə də, qızının onunla ünsiyyətdən qaçdığını bildirib.
Polina isə oğurluq ittihamını rədd edib. O, anasının bu hadisə ilə bağlı televiziya verilişində saxta süjet hazırlamaq istədiyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl Polina anasını zorakılıqda ittiham etmişdi.






