"Liverpul" və "Arsenal"ın keçmiş oyunçusu Cermeyn Pennant Londonda itin hücumuna məruz qalıb və ona 50-dən çox tikiş qoyulub.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə gəzinti zamanı baş verib: aqressiv bir alman ovçarkası Pennanta “Kinq” adlı itinə hücum edib. Futbolçu ev heyvanını qorumağa çalışarkən, it onu yıxaraq ayağından dişləyib.
Futbolçu tez bir zamanda xəstəxanaya aparılıb və həkimlər dərin yaralara 50-dən çox tikiş atıblar. Sabiq futbolçunun hazırda özünü yaxşı hiss etdiyi və hücum barədə polisə məlumat vermək niyyətində olmadığı bildirilib.


