Qadın voleybolçulardan ibarət “Turan” komandasının CEV Çempionlar Liqasındakı növbəti qarşılaşması canlı yayımlanacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə üz-üzə gələcək.
Oktyabrın 29-da Zaqrebdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Voleybolsevərlər görüşü CBC Sport telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk qarşılaşma “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


