Fransanın dünyanın ümumi daxili məhsulundakı (ÜDM) payı 1980-ci ildən bəri iki dəfə azalaraq 3 faizdən aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Buna səbəb kimi 2024-cü il növbədənkənar seçkilərindən sonra Emmanuel Makronun parlament üzərində nəzarətini itirməsi, siyasi qeyri-sabitlik və islahatların həyata keçirilməsində yaranan çətinliklər göstərilir.
“Eurostat”ın məlumatına görə, Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübündə ÜDM-in 119,1 faizinə çatıb. Bu göstərici ilə ölkə Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü yerdə qərarlaşıb.
Müəllif: Roza




