Dünya · Konkret.az

Ər-Riyadda MN binasına zərbə endirdilər | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyadda MN binasına zərbə endirdilər | KONKRET xəbəri üçün şəkil

Yəmənin “Ənsar Allah” hərəkatının bir hissəsi olan husilər Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına zərbə endiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə huslərin sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalında məlumat verib.

“Son 48 saat ərzində biz ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hədəfli hərbi əməliyyat həyata keçirdik. İlk əməliyyat rəqibimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyi binasına qarşı yönəldilmişdi. Zərbə dəqiq oldu”, – deyə o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑