Dünya · Lent.az

ABŞ Yaxın Şərqdə böyük müharibəyə hazırlaşır - DETALLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqdə  böyük müharibəyə  hazırlaşır -  DETALLAR xəbəri üçün şəkil

ABŞ İranla yeni müharibə ehtimalı ilə əlaqədar olaraq bölgədəki diplomatik nümayəndəliklərində tədbirlər görür.

ABŞ Dövlət Departamenti Fars körfəzi ölkələrindəki Amerika diplomatik nümayəndəliklərinin bəzi işçilərinin ailə üzvləri ilə birlikdə ölkədən çıxmasını əmr etmək niyyətindədir.

Lent.az bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl də bildirildiyi kimi, Donald Tramp administrasiyası ən azı bir dəfə İrana qarşı hərbi hücum etməyə yaxınlaşıb. Vəziyyəti şərh edən Benyamin Netanyahu açıq şəkildə müzakirə edə bilmədiyi məsələlərin olduğunu bildirib, lakin ABŞ prezidenti ilə sıx əməkdaşlığı və İsrailin hər hansı bir inkişafa hazır olduğunu vurğulayıb.

Bu arada, ABŞ-ın müdafiə naziri Pit Heqset bazar ertəsi günü İsrailə gözlənilmədən səfər edib və ölkənin cənubundakı Uvda hava bazasında Netanyahu ilə görüşüb.

Görüşlə bağlı məlumatlı olan iki mənbəyə görə, orada Amerika qırıcı təyyarələri də yerləşdirilib. İsrail baş naziri ilə danışıqlarına əlavə olaraq, Heqset bazadakı Amerika hərbçiləri ilə də danışıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑