İdman · Publika.az

FİFA DÇ-2026-da bilet satışından milyardlar qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FİFA DÇ-2026-da bilet satışından milyardlar qazanıb xəbəri üçün şəkil

FİFA son Dünya Kubokundakı bilet satışından təxminən 4,49 milyard avro qazanıb.

Publika.az xəbər verir ki, “The Times” qəzetinin turnirin maliyyə vəziyyəti ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, bu məbləğ 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunun oxşar satışlarından əldə edilən gəlirdən beş dəfədən çox çox olub.

Gəlir FİFA-nın 2,96 milyard avroluq proqnozunu keçib və təşkilatın Dünya Kuboku üzrə ümumi gəlirinin 13,47 milyard avroya çatmasına səbəb olub.

2026-cı ildə matçların sayı 64-dən 104-ə yüksəlib, lakin mənbəyə görə, gəlirlərdəki əhəmiyyətli artım əsasən dinamik qiymətlər və FİFA-nın rəsmi platformasında təkrar satış biletlərinə 30% komissiya ilə bağlıdır. Satıcılar biletləri orijinal qiymətlərdən dəfələrlə yüksək qiymətə sata biliblər.

FİFA-nın turnir üçün bilet qiymətləri və satışları ilə bağlı siyasəti əvvəllər azarkeş qrupları tərəfindən tənqid olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑