İdman · Publika.az

Cüdoçularımız dünya çempionatında rekorda imza atdılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdoçularımız dünya çempionatında rekorda imza atdılar xəbəri üçün şəkil

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.

Publika.az xəbər verirm ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.

Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.

Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız indiyə qədər heç bir dünya çempionatında bu uğura nail ola bilməyib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑