Dünya · Publika.az

Beynəlxalq axtarışa verilən 660-dan çox avtomobil Rusiyada tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Beynəlxalq axtarışa verilən 660-dan çox avtomobil Rusiyada tapıldı xəbəri üçün şəkil

Rusiyada Kanada və Almaniyanın beynəlxalq axtarışa verdiyi 660-dan çox avtomobil tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Oktyabrın ortalarına olan vəziyyətə əsasən, Rusiya ərazisində Kanada və Almaniyanın axtardığı 813 avtomobil müəyyən edilib. Onlardan 665-i beynəlxalq axtarış siyahısından çıxarılıb.

Rusiya DİN-in mətbuat mərkəzi əlavə edib ki, nazirliyin İnterpol üzrə Milli Mərkəzi Bürosu avtomobillərin beynəlxalq axtarışı sahəsində vətəndaşların hüquqlarının qorunması istiqamətində işləri davam etdirir.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑