İspaniyanın Əndəlüs muxtar regionunda çoxsaylı insan tələfatı ilə nəticələnən dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edilib.Bu barədə “The Guardian” regional hökumətin başçısı Xuanma Morenoya istinadən məlumat yayıb.
“Biz sarsılmışıq. Bütün Əndəlüs bu dəmiryol qəzasından zərər çəkənləri dəstəkləyir”, – Moreno bildirib.
Bundan əvvəl Sevilya meri Xose Luis Sans da üçgünlük matəm elan edib və bütün rəsmi tədbirlərin ləğv edilməsi barədə göstəriş verib.
Məlumata görə, qəza İspaniyanın Toledo əyalətində, Urda stansiyası yaxınlığında “Renfe” və “Iryo” qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində azı 64 nəfər həlak olub. Qəzanın səbəbi kimi insan amili ehtimal edilir.






