Dünya · Publika.az

Belarusdan NATO-ya sərt reaksiya: Qəbuledilməzdir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Belarusdan NATO-ya sərt reaksiya: Qəbuledilməzdir xəbəri üçün şəkil

Belarus Xarici İşlər Nazirliyi NATO-nun respublikaya qabaqlayıcı zərbələr endirilməsini nəzərdə tutan planlarını qəbuledilməz adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ruslan Varankov açıqlama yayıb.

Onun sözlərinə görə, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviçin təqdim etdiyi konsepsiya Belarus əleyhinə pilotsuz uçuş aparatlarından və yerüstü robotlaşdırılmış komplekslərdən istifadəni nəzərdə tutur.

Varankov Minskə qarşı aqressiv niyyətlərin olmadığını vurğulayaraq, NATO-nun Belarus sərhədləri yaxınlığında hərbi fəallığını artırdığını və ölkəyə qarşı güc tətbiqi ssenariləri hazırladığını iddia edib.

Diplomatın sözlərinə görə, müdafiə xarakterli bəyanatlar adı altında mümkün aqressiv addımlar üçün zəmin yaradılır. O, Belarusun yalnız müdafiə xarakterli hərbi doktrinaya sadiq qaldığını və digər dövlətlərə qarşı təhdidlər səsləndirmədiyini bildirib.

Varankov Qərb ölkələrini gərginliyin azaldılmasına və tərəflər arasında etimadın bərpasına yönəlmiş addımlar atmağa çağırıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑