İdman · Publika.az

Astrid Hasani Bakıya gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Astrid Hasani Bakıya gəldi xəbəri üçün şəkil

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və AAF-ın vitse-prezidenti Firdovsi Umudov ölkəmizdə işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.

Qurumdan Publika.az-a verilən məlumata görə, söhbət əsnasında Azərbaycanda nəinki ağırlıqqaldırma, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşıb.

Təsadüfi deyil ki, Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığma komandalar vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirlər. Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑