Çin Yaponiyanı nüvə silahı yaratmağa hazırlaşmaqda və militarizmi dirçəltməyə çalışmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Silahlara Nəzarət və Silahsızlanma Assosiasiyasının (CACDA) baş katibi Dai Huayçen bildirib.
Onun sözlərinə görə, Yaponiyanın baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi hökumət nüvə silahından imtinanın üç prinsipini pozmağa və ölkənin öz nüvə arsenalını yaratmasına çalışır.
Huayçen qeyd edib ki, Tokionun bu istiqamətdə atdığı addımlar nüvə sahəsində mövcud məhdudiyyətlərin tədricən zəiflədilməsinə yönəlmiş əvvəlcədən planlaşdırılmış strategiyanın tərkib hissəsidir.
O, Yaponiyanın 40 tondan çox plutonium ehtiyatına malik olduğunu və bunun nəzəri cəhətdən bir neçə min nüvə döyüş başlığı yaratmağa imkan verə biləcəyini iddia edib.
Müəllif: Roza


