Dünya · Ölkə.az

Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb - Tramp xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbəti zamanı danışıb.

Tramp Ukraynanın münaqişəni dayandırmaq üçün çoxsaylı imkanlarının olduğunu, lakin Zelenskinin bu imkanlardan istifadə etmədiyini deyib.

“Ukraynanın razılaşma əldə edə biləcək yeni liderinin olmasını təklif edirəm. Nədənsə, Zelenski heç vaxt razılaşma əldə etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”, - Tramp bildirib.

ABŞ Prezidenti Rusiyanın neft emalı zavodlarına endirilən zərbələri də tənqid edib. Onun sözlərinə görə, Vaşinqton Kiyevdən dizel yanacağına toxunmamağı xahiş edib.

Tramp daha əvvəl də Moskva ilə dizel yanacağının tədarükü məsələsində əldə olunan razılaşmalar fonunda Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumlarından narazılığını ifadə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑