Dünya · Ölkə.az

Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Əyalət Jandarma Komandanlığı və Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində 33 nəfərin narkotik vasitələrin ticarəti, saxlanılması, eləcə də qanunsuz silah gəzdirmə cinayətlərini törətdiyi müəyyən edilib. Prokurorluğun qərarı ilə Ankaranın 14 rayonunda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatlar zamanı 31 şübhəli saxlanılıb, qalan 2 nəfərin isə tutulması üçün axtarış tədbirləri davam etdirilir.

Axtarışlar zamanı 1027 qram sintetik narkotik vasitə, 2235 qram marixuana, 2320 qram skank adlı narkotik maddə, 1305 sintetik həb, 127 ekstazi həbi, 47 çətənə bitkisi, 2 qram kokain, 7 qram sintetik kannabinoid xammalı, 5 dəqiq tərəzi, 3 qanunsuz tapança, 3 ov tüfəngi, 7 çadır və cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 25 min 700 lirə (təxminən 520 dollar) nağd pul müsadirə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑