Bakı. Trend:
Hörmüz boğazında tanker hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Hörmüz boğazında baş vermiş insidentlə bağlı məlumat alıb. Yoxlanılmış mənbədən əldə edilən məlumata görə, tanker naməlum mərmi ilə vurulub. Hadisənin təfərrüatları araşdırılır”, – deyə mərkəzin məlumatında bildirilib.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Gəminin adı, qeydiyyatda olduğu liman və dəymiş zərərin miqyası açıqlanmayıb.





