Dünya · Konkret.az

Səudiyyə Ərəbistanı husilərin ballistik raket hücumlarının qarşısını alıb | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanı husilərin ballistik raket hücumlarının qarşısını alıb | KONKRET xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Yəməndəki husilərin ölkənin bir neçə şəhərinə istiqamətləndirdiyi ballistik raketləri zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri husilərin Əd-Dəmmam şəhərinə istiqamətləndirdiyi ballistik raketi ələ keçirib.

Bundan başqa, Dəhran və Harad şəhərlərinə yönələn raketlərin də qarşısı alınıb.

Qeyd edək ki, Dəhran şəhərində Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun baş qərargahı yerləşir. Şirkətin hər üç ərazidə obyektləri mövcuddur.

Eyni zamanda, yayılan məlumatlara görə, paytaxt Ər-Riyad da Yəmən ərazisindən buraxılan ballistik raketlərlə hücuma məruz qalır. Paytaxta hücumla bağlı məlumatın rəsmi təsdiqi barədə hələlik məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑