Dünya · Editor.az

Roma Papası ağciyərindəki düyünün çıxarılması üçün əməliyyat olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası ağciyərindəki düyünün çıxarılması üçün əməliyyat olunub xəbəri üçün şəkil

Roma Papası XIV Leo ağciyərində aşkarlanan düyünün çıxarılması üçün cərrahi əməliyyat keçirib.

Editor.az “Associated Press” (AP) agentliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat uğurla başa çatıb.

“Roma Papası palataya qayıdıb”, – deyə rəsmi açıqlamada qeyd olunub.

Pontifik hazırda Romadakı Aqostino Cemelli adına xəstəxanada müalicə alır. Sözügedən tibb müəssisəsində əvvəllər onun sələfləri, o cümlədən II İohann Pavel və Fransisk də müalicə olunublar.

AP-nin məlumatına əsasən, XIV Leonun daha bir həftə xəstəxanada qalacağı gözlənilir. Vatikan onun oktyabrın 20-si də daxil olmaqla həmin tarixədək bütün rəsmi görüşlərini ləğv edib.

Roma Papası səhhətindəki problem barədə ənənəvi bazar günü moizəsi zamanı məlumat verib. O, ağciyərində aşkarlanan kiçik törəmənin cərrahi yolla çıxarılacağını bildirib. Pontifikin sözlərinə görə, düyün erkən mərhələdə aşkarlanıb, kiçik ölçülüdür və təcrid olunmuş xarakter daşıyır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın 35-ci prezidenti Con Kennedinin nəvəsi Tatyana Şlossberqə son mərhələdə qan xərçəngi diaqnozu qoyulması barədə məlumat yayılmışdı. O, bir neçə kurs kimyaterapiya alıb və iki dəfə kök hüceyrə transplantasiyası keçirib. Son müayinələr zamanı həkimlər ona təxminən bir il ömrünün qala biləcəyini bildiriblər.

Bundan əvvəl isə ABŞ-ın keçmiş prezidenti Co Bayden xərçəng xəstəliyinin müalicəsi çərçivəsində terapiya kursunu başa vurub.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑