Hadisə · Ölkə.az

Rusiyaya girişi qadağan olunmuşdu -

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyaya girişi qadağan olunmuşdu - xəbəri üçün şəkil

Ölkə.az lent.az-a istinadla xəbər verir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsində şəxsi məlumatları dəyişdirilmiş yeni pasport alıb.

Azərbaycanda olarkən yeni məlumatlarla sənəd əldə edən şəxs bunun Rusiyaya girişinə qoyulan qadağanı aradan qaldırmadığını bilib. Buna baxmayaraq, o, "Voronej-aeroport" sərhəd-buraxılış məntəqəsindən keçərək Rusiyaya daxil olub.

Onun əməli Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə tövsif edilib. Həmin maddə üzrə maksimum cəza dörd ilədək azadlıqdan məhrumetmədir.

Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilərək ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

 

Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə saxlanılacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑