Günün istənilən saatında avtomobil axınının olduğu tuneldə yaranan vəziyyət təhlükə yaradır.
Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Moskva prospektində yerləşən tuneldə lentə alınıb. Ötən il də daşların tökülməsi nəticəsində minik avtomobillərindən birinə ciddi ziyan dəymişdi. Lakin bu, ilk belə hadisə deyildi. Ondan Əvvəllər də tuneldə oxşar hadisələr qeydə alınıb.
Sürücülər bildirirlər ki problemə görə hər an ağır qəzalar baş verə bilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Tunelin texniki vəziyyətinə gündəlik monitorinq həyata keçirilir, aşkar olunan hər hansı qüsur və ya nasazlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Mühəndis qurğularında yarana biləcək problemlərin vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi əsasdır. Agentlik tunel, körpü və digər yol qurğularını mütəmadi yoxlayır. Sözügedən tunellə bağlı iradlar da nəzərə alınaraq yenidən yoxlama aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


