Hadisə · Globalinfo.az

Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var xəbəri üçün şəkil

Culfa rayonunda üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Səid Səlim oğlu Quliyev isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑