Hadisə · Ölkə.az

Bakıda binada yanğın: sakinlər təxliyə edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda binada yanğın: sakinlər təxliyə edilib xəbəri üçün şəkil

Nazirliyin mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının on birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənərək digər mənzillərə və yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑