Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva amerikalı nümayəndələrlə danışıqlar zamanı Kiyevlə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu ifadə edib.
"Birləşmiş Ştatlar administrasiyasının nümayəndələri ilə danışıqlarımıza gəldikdə isə, bəli, biz üçtərəfli təmaslarımızı bərpa etməyə hazır olduğumuz barədə razılığa gəldik", - Putin bildirib.
O vurğulayıb ki, bu danışıqların məqsədi "sülh sazişləri əldə olunduqdan" sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələsinin müzakirəsi olacaq.
Putin həmçinin vurğulayıb ki, Rusiyanın təhlükəsizliyi haqqında danışıqlar apararkən, bütün Avropanın təhlükəsizlik arxitekturası barədə danışmamaq mümkün deyil.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Moskvada Vladimir Putinlə danışıqlar aparıblar. Görüşün yekunlarına əsasən Vaşinqton administrasiyasının nümayəndəsi danışıqları "konstruktiv" adlandırıb.





