Dünya · Azxeber.com

“Google” rəhbəri Trampın təklifini rədd etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Google” rəhbəri Trampın təklifini rədd etdi xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adının "Tramp okeanı” olaraq dəyişdirilməsi ideyasını irəli sürdüyünü, lakin "Google” şirkətinin rəhbəri Sundar Piçainin bu təklifi qəbul etmədiyini bildirib.
Tramp bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ Prezidenti öz adının böyük çay və ya okeana verilməsi ideyasını nəzərdən keçirdiyini deyib.
Onun sözlərinə görə, Atlantik okeanının adının dəyişdirilməsi ilə bağlı "Google” rəhbəri Sundar Piçai ilə danışıb.
"Mən Sundara dedim ki, Atlantik okeanı barədə düşünürəm. Bunun öhdəsindən gələ bilərsinizmi? O isə cavab verdi ki, xeyr, bu dəfə bunu etməyəcəyik. Çünki məsələ çox sayda ölkəni əhatə edir”, – Tramp bildirib.
ABŞ lideri bu cavabdan sonra ideyadan imtina etməyi düşündüyünü qeyd edib.
Tramp çıxışı zamanı Sakit okeanın "Amerika okeanı” adlandırılması ehtimalı ilə də zarafat edib.
O, belə bir qərara Avropanın, xüsusilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin necə reaksiya verəcəyini istehzalı şəkildə şərh edib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑