Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan yeni yardım paketi də daxil olmaqla yeddi sənəd imzalayıblar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşdən sonra bildirib.
"Finlandiyadan Ukraynaya yeni dəstək paketi və bundan əlavə, əməkdaşlıq imkanlarımızı genişləndirən müqavilələr var. Bugünkü müqavilələrin ümumi dəyəri 300 milyon avro olan yeddi sənəd imzalanıb. Finlandiyanın peyk imkanlarından daha çox istifadə etmək barədə razılığa gəldik. Bu barədə Nokia və ICEYE ilə razılığa gəldik", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, yardım paketinə lokomotivlər, enerji qurğuları və enerji obyektlərini qorumaq üçün avadanlıqlar daxildir.



.jpg)

