Ölkə.az Report-a istinadən xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.
Nazir deyib ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan qısa müddətdə əsl idman ölkəsinə çevrilib:
"Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar.
Eyni zamanda, Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır. Qarşıdakı yarışlar ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək.
İştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradacaq".




