Dünya · Ölkə.az

İsrail İordaniyanın qərbində onların mövcudluğuna icazə verməyəcək - Netanyahu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail İordaniyanın qərbində onların mövcudluğuna icazə verməyəcək - Netanyahu xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, baş nazir İsrailin mümkün hücumlara ağlagəlməz cavablar verəcəyini qeyd edib: "Düşmənlərimiz bu günlərdə, seçkilərdən əvvəl bizi sınamaq barədə düşünürlər. Biz istənilən ssenariyə hazırıq".

O, Fələstin təhlükəsizlik qüvvələrinin İsrail əsgərlərinə hücumuna sərt cavab veriləcəyini deyib: "Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri uzun illərdir ki, Qərb Şəriyədə asayişi qorumaq üçün İsraillə əlaqələndirmə işləri aparır və onların şəxsi heyəti tərəfindən israillilərə hücumlar nadir hallarda baş verir".

Netanyahu həmçinin İsrail ordusunun əvvəllər silahlı qruplara qarşı genişmiqyaslı əməliyyatların aparıldığı Tulkarm bölgəsi üzərində nəzarəti saxlayacağını açıqladı.

O, İsrail ərazisi, Qərb sahili və Qəzza zolağına işarə edərək "İordan çayının qərbində ərəb ordusu olmayacaq" ifadəsini işlədib: "İordan çayından dənizə qədər əraziyə nəzarət edirik. Torpaq, nəzarət bizdədir".

Tulkarm bölgəsi sahil düzənliyinə yaxınlığına görə İsrail üçün strateji əhəmiyyət kəsb edir. Qərb Sahili ilə Aralıq dənizi arasındakı məsafə bu yerdə təxminən 15 km aralıdadır. Bu da ərazini təhlükəsizlik baxımından xüsusilə həssas edir.(Teleqraf)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑