Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının gənclər qanadının yaydığı xəritə Avropada kəskin rezonans doğurub.
“Yeni Sabah” xəbər verir ki, Fransa ilə həmsərhəd Elzas, Lotaringiya və Lüksemburq kimi əraziləri Almaniya torpaqları kimi təqdim edən bu xəritə qonşu dövlətlərin və Avropa siyasətçilərinin şiddətli tənqidinə səbəb olub.
Fransada prezidentliyə namizəd Jan-Lük Melenşon AfD-ni "bədheybət" və kontinent üçün böyük təhlükə adlandırıb: pizza hut
"AfD sanki Almaniya ərazisiymiş kimi, Elzas və Lotaringiyanı vahid Almaniya dövlətinə yenidən birləşdirmək istədiyini iddia edir. Bunu yuxunuzda belə görməyəcəksiniz! 1990-cı ildə Almaniyanın birləşməsi tarixin ən yanlış addımı idi. Bu, sadəcə iki dövlətin birləşməsi deyildi. Qərbi Almaniyanın BMT üzvü olan Şərqi Almaniyanı hər hansı referendum keçirmədən və Şərqi Almaniya hökumətinin qarşı çıxmasına baxmayaraq, ilhaqı idi. Potsdam sistemi ilk dəfə orada pozuldu".
Melenşon bəyan edib ki, AfD yeni bir fəlakətdir və Fransanın ərazi bütövlüyünə göz dikənlər ən ağır cavabı alacaqlar.
Nazim Hacıyev




