Dünya · Azxeber.com

Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib xəbəri üçün şəkil
Qrenlandiyada neft, qaz və mineral təhqiqatları başlayacaq.   Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, bunun üçün hazırlıqlar gedir.
Tramp qeyd edib ki, bir sıra ekspertlərin fikrincə, Qrenlandiyadakı asanlıqla əldə edilə bilən neftin miqdarı dünyanın istənilən yerindən çoxdur.
"Daha vacibi budur ki, ABŞ-la Avropanın müdafiə və hücumda təhlükəsizliyi baxımından bu bölgə birinci yerdədir. ABŞ-a qarşı istənilən gələcək hücum Qrenlandiya üzərindən olacaq. Orada bizim müdafiə qüvvələrimiz raket, dron və hələ məlum olmayan digər silah növlərini zərərsizləşdirəcək”, -Tramp vurğulayıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑