Hadisə · Ölkə.az

Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu xəbəri üçün şəkil

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Gülpara Vəliyeva 5 il 4 ay, Sahibə Mahmudova 5 il 3 ay, Pərviz Abdullayev isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Digər təqsirləndirilən Sima Əmiraslanova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Qeyd edək ki, Pərviz Abdullayev, Gülpara Vəliyeva, Sahibə Mahmudova və Sima Əmiraslanova Cinayət Məcəlləsinin 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə etməklə oğurluq) maddələri ilə ittiham olunublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑