Hadisə · Təzadlar

Məşhur müğənnini 10 ildən çox həbs gözləyir - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur müğənnini 10 ildən çox həbs gözləyir - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparılan axtarışda narkotik maddələrin xırdalanması üçün istifadə oluna biləcəyi ehtimal edilən iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu düşünülən banka tapılıb. Həmçinin Yalçıntaşın qan və saç nümunələrinin analizində THC metaboliti və kokain aşkarlandığı bildirilib.

Müğənni isə ifadəsində narkotik istifadəçisi olmadığını söyləyib. O, bankada aşkarlanan maddənin kəklikotu olduğunu, evindən götürülən digər əşyaların isə başqa məqsədlər üçün istifadə edildiyini iddia edib.

Məhkəmə ittiham aktını qəbul etsə də, iş aidiyyət məsələsinə görə İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, İlyas Yalçıntaş ötən ilin iyulunda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb. Müğənni həmin iş üzrə həbs edilən dörd nəfərdən biri olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑