Siyasət · Ölkə.az

Deputat: “Azərbaycan hər zaman bu prosesdə maraqlı olub”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputat: “Azərbaycan hər zaman bu prosesdə maraqlı olub” xəbəri üçün şəkil

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O xatırladıb ki, rəsmi Bakı hər zaman Türk Dövlətləri Təşkilatının (TDT) işinə ciddi yanaşıb, onun tədbirində ən yüksək səviyyədə və fəal şəkildə iştirak edib.

Sabah Ankarada TDT-yə üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün keçiriləcəyini bildirən deputat söyləyib ki, ancaq bu dəfə başqa bir çox işlərlə əlaqədar olaraq Prezident İlham Əliyev Türkiyəyə səfərə getməyəcək, sammitdə iştirak etməyəcək.

594639“Bakıda FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarının  mükafatlandırma mərasimi keçiriləcək. Cənab Prezident həmin tədbirdə iştirak edəcək və eyni zamanda mükafatlandırma mərasiminə qatılacaq. Cənab Prezidentin qrafiki sıx olduğuna görə Ankarada keçiriləcək sammitdə iştirak edə bilməyəcək”,- o vurğulayıb. 

Deputat əlavə edib ki, belə hallar əvvəl də olub:

“Şuşada keçirilən zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmişdi. Tədbirə Türkiyəni vitse-prezident Cövdət Yılmaz, Bakıdakı son AGEM-in tədbirində xarici işlər naziri Hakan Fidan təmsil etmişdi. Bu mənada belə bir addımın atılması təbiidir və bu cür hallar normal bir məsələ kimi qəbul edilməlidir”. 

C.Məmmədovun fikrincə, beynəlxalq təcrübədə bu kimi hallara kifayət qədər rast gəlinir: 

“Ona görə bu cür halları biz normal qəbul etməliyik. Yəni Şuşada keçirilən görüşdə Ərdoğan Berlində idi və Şuşaya gələ bilmədi, onun yerinə Cevdet Yılmaz gəldi. İndi isə TDT-nin sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək”.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑