İdman · Ölkə.az

Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır xəbəri üçün şəkil

Ölkə.az-ın məlumatına görə, yarışın növbəti günündə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Bundan əlavə, üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov (87 kq) isə təsəlliverici qarşılaşmada Latana Sopa (Amerika Samoası) ilə görüşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑