Dünya · Ölkə.az

Avropa Mərkəzi Bankının prezidenti istefa verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, o, vəzifəsindən 2027-ci il fevralın 7-də ayrılacaq.

Avropa Mərkəzi Bankının açıqlamasında deyilir: “Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün İdarəetmə Şurasına və Avropa Şurasının prezidenti Antonio Koştaya 2027-ci il fevralın 7-də istefa verəcəyini bildirib”.

“Reuters” agentliyinin məlumatına görə, Laqardın yerinə əsas namizədlər Hollandiya və İspaniya mərkəzi banklarının keçmiş rəhbərləri Klaas Nott və Pablo Ernandes de Kosdur.

Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabr ayının sonunda başa çatmalı idi, amma onun vaxtından əvvəl getməsi ilə bağlı xəbərlər bir neçə aydır dolaşırdı. Mümkün istiqamətlərdən biri onun Dünya İqtisadi Forumuna təyin olunmasıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑