Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvadakı bölmələrindən istifadə edərək elektron müharibə (EW) vasitələri ilə Rusiya və Belarusu izləməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Bundesverin kiberqüvvələrinin rəhbəri vitse-admiral Tomas Daum "Röyters" agentliyinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Almaniya hərbi qulluqçuları Rusiya və Belarusdakı radar sistemləri və digər radio yayım avadanlıqları haqqında məlumat toplamaq niyyətindədirlər. Bölmənin 2027-ci ilə qədər tam şəkildə yerləşdiriləcəyi planlaşdırılır.





