Ölkə · Ölkə.az

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirdi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) nümayəndəsi "Report"un Avropa bürosuna bildirib.

"Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyə töhfə verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, Aİ Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə "Report"un sorğusuna cavab olaraq vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların köməyi də mühüm rol oynayır. Bu, Ukraynanın təcili ehtiyaclarını ödəməyə və onun dayanıqlığını gücləndirməyə kömək edir.

Aİ-nin xarici siyasət rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, vacib infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusən də qış yaxınlaşdıqca sakinləri qorxutmaq, iqtisadiyyatı sarsıtmaq və ölkənin dayanıqlığını zəiflətmək məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım olaraq daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2,5 milyon manat olub. Buraya transformatorlar, 186 km elektrik kabelləri, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑