Dünya · Ölkə.az

ABŞ və Rusiya bu məsələ üzrə razılaşmaya yaxındır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və Rusiya bu məsələ üzrə razılaşmaya yaxındır xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə "ABC News" iki amerikalı məmura və vəziyyətlə tanış olan daha bir mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətlərinin məlumatına görə, danışıqları ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner aparırlar. Təmaslar zamanı təqaüddə olan 72 yaşlı müəllim Stiven Habbardın və daha bir neçə ABŞ vətəndaşının azad edilməsi müzakirə olunub.

"ABC News" qeyd edib ki, Stiven Habbard Dövlət Departamenti tərəfindən Rusiyada qanunsuz olaraq saxlanıldığı bildirilən yeganə amerikalıdır.

Daha əvvəl Norveçin Baş naziri Yonas Qar Störe bildirmişdi ki, Stiv Uitkoff və Cared Kuşner Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa yola düşəcəklər. TASS agentliyi Amerika nümayəndələrinin Rusiyaya səfəri barədə məlumatı oktyabrın 21-də mənbəyə istinadən təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑