Ölkə.az xəbər verir ki, “Good News International” kilsəsinin lideri tərəfdarlarını aclıqdan öldükləri təqdirdə İsa ilə qovuşacaqları vədi ilə yemək yeməməyə sövq edib.
Məhkəmədə Makkenzinin tərəfdarlarının ölümünü mərhələli şəkildə planlaşdırdığı üzə çıxıb. Belə ki, əvvəlcə uşaqların, sonra qadınların və gənc kişilərin, sonda isə digər kişilərin ölməsi nəzərdə tutulub.
Faciə 2023-cü ildə Keniyanın Şakahola meşəsində kütləvi məzarlıqların aşkarlanmasından sonra üzə çıxıb. Axtarışlar zamanı 400-dən çox meyit tapılıb, onlardan yalnız 26 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
Makkenzi və aralarında həyat yoldaşının da olduğu 28 təqsirləndirilən şəxsin cəzasının noyabrın 6-da açıqlanacağı gözlənilir.
Həmidə İbrahimova



