Dünya · Ölkə.az

Ərdoğan sabah hökuməti toplayır - Gündəlikdə nələr var?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan sabah hökuməti toplayır - Gündəlikdə nələr var? xəbəri üçün şəkil

Ölkə "Yeni Şafak"a istinadən xəbər verir ki, Ankaradakı Bəştəpə Prezident Kompleksində baş tutacaq iclasda fondla bağlı araşdırma, Yaxın Şərqdəki gərginlik və terrorla mübarizə prosesi əsas müzakirə mövzuları olacaq.

İclasda fondla bağlı araşdırmanın son vəziyyəti və onun ləğvi prosesi nəzərdən keçiriləcək. Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ilə ədliyyə naziri Akın Gürlekin məsələnin maliyyə və hüquqi tərəfləri barədə kabinet üzvlərinə məlumat verməsi gözlənilir.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilən fondla bağlı tənzimləmənin qüvvəyə minməsi və investorlara 1 milyon lirəyədək aralıq ödənişlərin həyata keçirilməsi məsələsi müzakirə olunacaq.

 

Kabinetin gündəliyində Yaxın Şərqdəki son hadisələr də yer alacaq. ABŞ ilə İran arasında artan gərginlik, Hörmüz boğazı ətrafındakı vəziyyət və husilərin Səudiyyə Ərəbistanına hücumları regional təhlükəsizlik baxımından qiymətləndiriləcək.

İclasda, həmçinin Türkiyədə terrorla mübarizə çərçivəsində həyata keçirilən “Terrorsuz Türkiyə” prosesi müzakirə ediləcək. Terror təşkilatının silahı yerə qoyması istiqamətində atılan addımlar və bölgədəki son vəziyyət kəşfiyyat məlumatları əsasında nəzərdən keçiriləcək.

Kabinetin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata açıqlama verərək müzakirə olunan məsələlər və qəbul edilən qərarlar barədə məlumat verməsi gözlənilir.

Aysel

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑