Dünya · Konkret.az

Tramp: İranla razılaşma əldə olunmasa | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İranla razılaşma əldə olunmasa | KONKRET xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib. Bununla belə, o, oktyabrın 25-də İrana zərbə endirilməyəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti “Fox News” telekanalına müsahibəsində İranla bağlı iki variantı nəzərdən keçirdiyini söyləyib.

“Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik”, – deyə Tramp vurğulayıb.

O, ABŞ və İsrailin İranla hərbi qarşıdurması başa çatdıqdan sonra dünya bazarında neft qiymətlərinin aşağı düşəcəyinə inandığını da bildirib.

Qeyd edək ki, oktyabrın 24-də Tramp Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini açıqlamışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑