Dünya · Axar.az

Niki Minaja Ağ Evdə vəzifə "təklif edildi!"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niki Minaja Ağ Evdə vəzifə "təklif edildi!" xəbəri üçün şəkil

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq amerikalı rep ifaçısı Niki Minaja zarafatla administrasiyanın mətbuat katibi vəzifəsini təklif edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Çunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Xanımlar və cənablar, düşünürəm ki, biz Ağ Evin yeni mətbuat katibini tapmış ola bilərik!” – deyə o yazıb.

Çunq paylaşımında Minajla keçirilən zarafat xarakterli “iş müsahibəsinin” videosunu da yayımlayıb. O, ifaçıdan seçki kampaniyası zamanı Prezident Donald Trampdan daha çox çalışan birinin olub-olmadığını soruşub.

“Əlbəttə, yox. O, ayaqlarını masanın üstünə qoyub sadəcə istirahət edə bilərdi. Amma yox, o, irəliləməyə davam edir”, – deyə Minaj cavab verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑