"Mançester Yunayted"in əfsanəvi hücumçusu Ueyn Runi açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, "Mançester Siti"nin Premer Liqa maliyyə qaydalarını pozduğu üçün çempionluq titullarından məhrum ediləcəyi təqdirdə, geri dönük olaraq verilməli olan Premier Liqa medalını qəbul etməyəcəyini açıqlayıb.
"Stick to United" podkastında və "Match of the Day" proqramında açıqlama verən 40 yaşlı ingilis mütəxəssis meydançada qazanılmayan titulların masa arxasında paylanmasına qarşı çıxıb:
"Biz ikinci olduq. Birinci olmadıq. Niyə ikinci olduğumuz bir mövsüm üçün çempionluq medalı istəyək ki? Düzünü desəm, özümü rahat hiss etməzdim, çünki həmin mövsüm çempion olmaq üçün kifayət qədər yaxşı oynamamışdıq. Mən 'Mançester Yunayted'də qazandığım 5 Premier Liqa medalı ilə tamamilə xoşbəxtəm. 15 il sonra "Siti"nin qaydaları pozmasına görə masa arxasında veriləcək bu medalı istəmirəm."
Runi "Siti" futbolçularının meydanda dürüstcə mübarizə apardıqlarını qeyd edərək, məsuliyyətin klub rəhbərliyində olduğunu bildirib.
O, titulların ləğv edilməsindən ziyadə "Mançester Siti"nin ən aşağı liqaya düşürülməsini və maliyyə məhdudiyyətləri ilə cəzalandırılmasını təklif edib.





